Xarkov növbəti dəfə atəşə tutuldu - Fotolar

11:28 13 Avqust 2022

Rusiya tərəfi Ukraynanın Xarkov şəhərini növbəti dəfə atəşə tutub.

“Sitat.info” xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov teleqram kanalında bildirib.

Onun sözlərinə görə, gecə atəşi nəticəsində mərkəz, Nemışlyanski və Slobodskoy rayonları, kollec ziyan çəkib, həmçinin bir neçə yaşayış binasında şüşələr sınıb, kritik infrastruktur kommunikasiyalarına və bir neçə trolleybusa ziyan dəyib.

“Onlar bizi təhsil müəssisələri və nəqliyyatsız, insanları isə evsiz qoymağa çalışaraq sırf mülki infrastruktura zərbə endirirlər”, - Terexov yazıb.

Şəhər meri əlavə edib ki, ölən və yaralanan yoxdur.

 


/Qafqazinfo



Xəbər xətti