NASA-dan xəbərdarlıq: Təhlükəli asteroid yerə yaxınlaşır

16:24 14 Avqust 2022

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) təxmini diametri 13-28 metr olan asteroidin avqustun 13-də Yerə ən yaxın məsafədən keçəcəyini açıqlayıb.

Məlumata görə, saatda 33 min kilometrdən çox sürətlə hərəkət edən 2015 FF asteroidi potensial təhlükəli göy cismləri kateqoriyasına daxil edilib.

Qeyd edək ki, NASA Yerdən 193 milyon kilometr məsafədə olan istənilən göy cismini “Yerə yaxın obyekt” kimi təsnif edir. Qurum Yerdən 7,5 milyon kilometr və ya daha az məsafədə olan sürətlə hərəkət edən göy cisimlərini potensial təhlükəli hesab edir.

Sözügedən asteroidə gəlincə, NASA bəyan edib ki, 2015 FF təhlükəli hesab edilsə də, səma cismi Yerə 4,3 milyon kilometrlik məsafədən keçəcək. Bu məsafə Yerlə Ay arasındakı məsafədən səkkiz dəfə çoxdur.

Mənbə: Haber Global



Xəbər xətti