Rusiya prezidenti Vladimir Putin Latın Amerikası, Asiya və Afrika dövlətləri ilə güclü əlaqələrinin olmasını yüksək qiymətləndirib və bu sözləri ifadə edib.
"Ölkəmizin müxtəlif qitələrdə çoxlu müttəfiqləri, tərəfdaşları və həmfikirləri olması bizi sevindirir. Bunlar heç bir dövlət qarşısında baş əyməyən dövlətlərdir"
SİTAT.İNFO xəbər verir ki, Putin Moskva vilayətində avqustun 21-dək davam edəcək “Armiya” adlı 8-ci Beynəlxalq Hərbi-Texniki Forumun açılışında çıxışı zamanı bu sözləri deyib.
Rusiyanın hərbi-texniki əməkdaşlığın geniş və hərtərəfli inkişafın tərəfdarı olduğunu vurğulayan Putin bildirib ki, hazırda getdikcə daha çox formalaşan çoxqütblü dünya düzənində belə əməkdaşlıq daha da vacib olub.
Rusiyanın çoxsaylı müttəfiqlərini də alqışladıqlarını ifadə edən Putin deyib ki, ölkəmizin müxtəlif qitələrdə çoxlu müttəfiqləri, tərəfdaşları və həmfikirləri olması bizi sevindirir. Bunlar sözdə hegemonluq qarşısında baş əyməyən dövlətlərdir".
"Onlar suveren, müstəqil inkişaf yolu seçirlər. Qlobal və regional təhlükəsizlik məsələlərini beynəlxalq hüququ, qarşılıqlı məsuliyyəti və bir-birinin maraqlarını nəzərə alaraq kollektiv şəkildə həll etmək istəyirlər. Beləliklə, onlar öz dövlətlərinin müstəqilliyini qoruyub saxlayacaqlar, çoxqütblü dünyanın qorunmasına töhfə verəcəklər”.
Rusiyanın xüsusilə Latın Amerikası, Asiya və Afrika ölkələri ilə güclü əlaqələri olduğunu qeyd edən Putin bildirib ki, dostluq və həqiqi etibara əsaslanan əlaqələri səmimi qiymətləndiririk. Müttəfiqlərimizə kiçik silahlardan zirehli texnikaya və artilleriyaya qədər, hərbi aviasiyadan tutmuş pilotsuz uçuş aparatlarına qədər ən müasir silahları təklif etməyə hazırıq”.
Nərgiz,
SİTAT.İNFO