Tayvan adanın ətrafında 30 Çin döyüş təyyarəsi və 5 gəminin göründüyünü bildirib. ABŞ Konqresinin Demokrat Partiyasının Massaçusets senatoru Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinin Tayvana səfərindən sonra adanın ətrafında Çin döyüş təyyarələri və gəmilərinin görülüb.
SİTAT.İNFO xəbər verir ki, Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada, yerli vaxtla saat 17:00-a (CEST 12:00) olan məlumata görə, adanın ətrafında Çin Xalq Azadlıq Ordusuna (PLA) aid 30 döyüş təyyarəsi və 5 döyüş gəmisi görünüb.
Açıqlamada, təyyarələrdən 15-nin Tayvan boğazının şərqinə uçduğu bildirilib.
“Biz PLA-nı hərbi təlim elanı ilə regionda sülh və sabitliyi təhlükəyə atdığına görə qınayırıq”, - deyə bəyanatda bildirilir.
Çin ordusu ABŞ Konqresinin nümayəndə heyətinin Tayvana səfərindən sonra ada ətrafında "hərbi patrul fəaliyyətləri və təlimlərə" başladığını açıqlayıb.
Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Chien, səfərin ABŞ-ın Tayvan boğazında sülh və sabitliyin pozulmasındakı rolunu ortaya qoyduğunu ifadə edərək deyib ki, HPQ-nin Tayvan ətrafındakı su və hava məkanında birgə təlimləri ABŞ-Tayvan cinayətkar birliyinə və təxribatına qətiyyətli cavabdır.
Nərgiz,
SİTAT.İNFO