Türkiyə milli müdafiə naziri Hulusi Akarla Ukrayna müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Ukraynadakı son vəziyyət və taxıl daşınması ilə bağlı fikir mübadiləsi aparılıb.
Hulusi Akar Türkiyənin sülhün qurulmasında və Ukraynaya humanitar yardımda üzərinə düşəni etməyə davam edəcəyini bildirib.