Rusiya mağazaları vaxtı keçmiş məhsulların satışına başlayacaq

10:25 18 Avqust 2022

Rusiya mağazaları vaxtı keçmiş ərzaq məhsullarının satışına başlamağı planlaşdırır.

Sitat.info "Unikal"a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Bildirilib ki, pərakəndə satış şirkəti "Maqnit" zibilxanalara göndərilən qida tullantılarının miqdarını, o cümlədən saxlama müddəti ötmüş məhsulları yem və gübrə istehsalçılarına satmaqla azaltmağı planlaşdırır.

Pərakəndə satış şəbəkəsinin məqsədi 2025-ci ilə qədər belə zibillərin miqdarını iki dəfə azaltmaqdır. Bunun üçün şirkət tədarükçülərdən alışlarını optimallaşdırmaq, məhsulları emal üçün ötürmək, həmçinin vaxtı keçmiş məhsulları qarşı tərəflərə satmaq niyyətindədir.

Ehtimal olunur ki, bu yolla şirkət öz xərclərini azaltmağı planlaşdırır.



Xəbər xətti