ABŞ Ukrayna ordusuna Krıma hücum etmək üçün Qərb silahlarından istifadə etməyə icazə verib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Politiko” nəşrinə Ağ Evin adı çəkilməyən rəsmisi açıqlama verib.
"Əlbəttə, biz hədəf seçmirik və təmin etdiyimiz hər şey özünümüdafiə üçündür", - Ağ Evdəki mənbə bildirib.