Türkiyə ordusu 5 terrorçunu məhv etdi

22:54 18 Avqust 2022

Türkiyə ordusu Suriyanın şimalında “Fərat Qalxan” bölgəsinə hücuma hazırlaşan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

“Sitat.info” xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Terrorçuları aşkar edildikləri yerlərdə zərərsizləşdirməyə davam edirik. Suriyanın şimalında “Fərat Qalxanı” bölgəsinə hücum etməyə hazırlaşdıqları təyin olunan 7 PKK/YPG terrorçusu Qəhrəman Komandolarımız tərəfindən zərərsizləşdirilib”, - açıqlamda bildirilib.

Qeyd edək ki, bu gün Suriyanın şimalında zərərsizləşdirilən terrorçuların sayı 16-ya çatıb.

/Qafqazinfo



Xəbər xətti