“Referendum”a hazırlaşan rusların qərargahı partladıldı

16:41 25 Avqust 2022

Ukraynalı partizanlar Zaporojye vilayətinin Melitopol şəhərində “referendum”a hazırlaşan rus işğalçılarının qərargahını partladıblar.

Sitat.info xəbər verir ki, bunu Melitopol meri İvan Fyodorov deyib.

Onun sözlərinə görə, Priazovskoe qəsəbəsində yerləşən qərargahda “referendum” hazırlıqları aparılır və insanlara Rusiya pasportları paylanılırdı.

/Axar.az



Xəbər xətti