Son bir həftədə dünyada koronavirusa yoluxma halları doqquz faiz, ölüm halları isə 15 faiz azalıb.
Sitat.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenindən məlum olub.
Bildirilir ki, yoluxmada azalma tempi Afrikada (25%), Avropada (20%) və ABŞ-da (18%) daha çox nəzərə çarpır. Ölüm nisbətində ən böyük azalma isə Avropada müşahidə olunur - 30%.
Qeyd edək ki, Azərbaycanda son sutkada (avqustun 24-nə olan məlumata görə) koronavirus infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.