NATO raket istehsal edən şirkətin məlumatlarının, o cümlədən məxfi hərbi məlumatların xaker qrupu tərəfindən onlayn satışı ilə bağlı araşdırmaya başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropanın aparıcı silah istehsalçılarından olan “MBDA Missile Systems” şirkətinin məlumatlarını ələ keçirən və cinayət törətdikləri bildirilən xakerlər bu məlumatları internetdə satışa çıxarıblar.
Xakerlər tərəfindən ələ keçirilən və satılan məlumatlar arasında Ukrayna müharibəsində istifadə edilən NATO silahlarının dizaynları da var.
MBDA onların məlumatlarının oğurlandığını təsdiqləyib, lakin məxfi hərbi sənədlərin heç birinin onlara aid olmadığını bildirib.
Məlumatın İtaliyada ələ keçirildiyi üçün hadisə İtaliya səlahiyyətliləri ilə birgə araşdırılır.
NATO sözçüsü deyib ki, “Biz MBDA-dan oğurlandığı iddia edilən məlumatlarla bağlı iddiaları qiymətləndiririk. Hər hansı bir NATO şəbəkəsinin pozulduğuna dair heç bir əlamət yoxdur”.
Rus və ingilis dillərində yazışmaları olan forumlarda xakerlər bu 80 GB olan məlumatı 15 Bitcoin (təxminən 18 min funt) üçün satırlar.
Oğurlanmış məlumatların satışı üçün hazırladıqları reklam mətnində qapalı hərbi layihələrdə iştirak edən şirkətlərin işçiləri haqqında məxfi məlumatlar - Şirkətlərarası rəsmlər, dizaynlar, təqdimatlar, video və foto materialları, müqavilə mətnləri və yazışmaların da yer aldığı iddia edilir.