Lukaşenko təyyarələrin nüvə silahı üçün yenidən təchiz olunduğunu açıqlayıb.
SİTAT.İNFO xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu haqda bildirib.
Onun sözlərinə görə, respublika artıq öz hərbi təyyarələrini nüvə başlıqları daşımağa uyğunlaşdırıb.
"Bir dəfə Putinlə mən Sankt-Peterburqda danışmışdıq ki, biz Belarusun Su-24 təyyarələrini də nüvə silahı daşıya bilməsi üçün dəyişdirəcəyik. Sözümüzü tutduq. Artıq hər şey hazırdır!" -
Lukaşenko vurğulayıb ki, Belarus Qərbdən gələn təhdidlərə adekvat cavab verməyə hazırdır.
İyun ayında Belarus lideri prezident Vladimir Putinlə görüşdə Rusiyadan nüvə başlıqları daşıyan hərbi təyyarələri təkmilləşdirməyə kömək etməyi xahiş etmişdi. Minsk bu cür silahları daşıya bilən NATO təyyarələrinin Belarus sərhədləri yaxınlığında təlim uçuşlarından narahatdır.
Səid,
SİTAT.İNFO