Övladları Tatlısəsə görə barışdı

19:56 26 Avqust 2022

Ötən gün ağır qəza keçirib, axşamı isə səhnəyə çıxan İbrahim Tatlısesin ailəsi ilə bağlı yeni xəbərlər yayılıb.

SİTAT.İNFO xəbər verir  ki, sənətçinin küsülü olan övladları İdo və Dilan Çıtak Tatlıses barışıb.

Onlar ötən gün sınıq və gipsdə ayaqlarla konsert verən İboya dəstək olublar. İdoyla Dilan birlikdə səhnəyə çıxıb, ataları ilə mahnı oxuyublar.

Bu barədə videonu "Pop Bizde" səhifəsi yayıb.

Qeyd edək ki, bacı-qardaş uzun müddətdir küsülü idi. Hətta Dilan İdonun toyuna da qatılmamışdı. (gundem.az)

 



Xəbər xətti