Pentaqon Ukrayna üçün 182 milyon dollarlıq müqavilə imzaladı

09:03 27 Avqust 2022

Pentaqon silah istehsalçısı “Raytheon” ilə Ukrayna üçün NASAMS qısa və orta mənzilli zenit-raket komplekslərinin alınması üçün 182 milyon dollarlıq müqavilə bağlayıb.

Bu barədə “Sitat.info” xarici KİV-ə istinadən xəbər verir.

Komplekslərin istehsalının təxmini başa çatma tarixi 23 avqust 2024-cü ildir.

Pentaqonun bəyanatında deyilir ki, ödəniş Ukraynanın təhlükəsizliyini təşviq etmək təşəbbüsü üçün əvvəllər ayrılmış vəsaitdən həyata keçiriləcək.



Xəbər xətti