Rusiyanın "Rosatom" dövlət korporasiyası yaxın həftələrdə Macarıstanda iki yeni nüvə reaktorunun tikintisinə başlayacaq.
Axar.az xəbər verir ki, bunu xarici işlər və ticarət naziri Peter Siyarto Feysbuk hesabında yazıb.
“İnşaat başlasın. Bu, çox əhəmiyyətli bir addımdır. Bu yolla Macarıstanın uzunmüddətli enerji təhlükəsizliyi təmin ediləcək. Reaktorlar 2030-cu ilə qədər fəaliyyətə hazır olacaq”, - nazir bildirib.