Kiyevlilər həyəcan siqnalı zamanı ictimai nəqliyyatın dayanmasına etiraz edib

13:09 29 Avqust 2022

Kiyev meri Vitali Kliçko hava hücumu zamanı paytaxtda ictimai nəqliyyatın məcburi dayandırılmasının ləğvi ilə bağlı petisiyaya cavab verib.

Kiyevlilərin təklifi rədd edilib. 

SİTAT.İNFO xəbər verir ki, bu barədə “Kiyev Sərnişinləri” təşəbbüsünün həmtəsisçisi Oleksandr Qreçko Facebook-da məlumat verib.

O qeyd edib ki, petisiyanı 6 min Kiyev əhalisi və şəhər şurasının nəqliyyat komissiyasının deputatları dəstəkləyib.

Kiyev Müdafiə Şurasının rəhbəri olan Vitali Kliçko isə müraciətə belə  cavab verib: Sizin müraciətiniz Kiyev Müdafiə Şurası üçün fərman deyil. 



Xəbər xətti