Türkiyədə terorrçular "Tik Tok"la maliyələşdirilir

14:01 29 Avqust 2022

Türkiyənin Maliyyə Cinayətlərinin İstintaq Şurası “TikTok” sosial media platforması vasitəsi ilə çirkli pulların yuyulmasını və həmin pulların terrorizmi maliyyələşdirməsi üçün istifadə olunduğu aşkar edib.
SİTAT.İNFO xəbər verir ki, sözügedən sosial platformada canlı yayımlar vasitəsi ilə “hədiyyə” adı altında ianələr toplanılır və daha sonra bu ianələr türk lirəsinə dəyişdirilərək fərqli hesablara göndərilir.

Maliyyə Cinayətlərinin İstintaq Şurasının apardığı tədqiqata görə, 2021-ci ilin əvvəlindən Türkiyədəki yerli və xarici “TikTok” istifadəçilərinə platforma tərəfindən təxminən 1,5 milyard lirə transfer edilib. Pulu göndərən və alan şəxslərin sayının az olduğu da müəyyən edilib.

İzləyici sayı az olan bəzi hesabların canlı yayımda rəsm və yaxud da qara ekrandan istifadə etməsinə baxmayaraq, yüksək miqdarda pul topladıqları və pulların transfer olunduğu araşdırma nəticəsində aydın olub.

Əldə edilən məlumatlara görə, “TikTok”da yüksək miqdarda pul toplayan bəzi şəxslərin İŞİD terror təşkilatı ilə birbaşa və yaxud da dolayı yol ilə əlaqəsi olduğu aşkar edilib. (azvision.az)



Xəbər xətti