Ukrayna Silahlı Qüvvələrinin təzyiqi altında Rusiyanın işğalçı qüvvələrinin bəzi bölmələri artıq Xerson vilayətindəki mövqelərindən qaçır.
SİTAT.İNFO xəbər verir ki, bu barədə “Kaxovka” qoşunların əməliyyat qrupundan məlumat verilib.
Söhbət öz mövqelərini tərk edən qondarma “DXR”in 109-cu alayından, eləcə də onların dayağı olan, lakin döyüş meydanından qaçan rus desantlarından gedir. Yayımlanan videoda işğalçılardan biri şikayət edir ki, Ukrayna Silahlı Qüvvələri artıq birinci müdafiə xəttini keçib və Rusiya mövqelərini tanklardan, artilleriyadan və aviasiyadan atəşə tutur.
"Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində vəziyyət son dərəcə ağırdır. Böyük və dəhşətli HİMARS demək olar ki, bütün əsas körpüləri (Antonovski dəmir yolu, avtomobil və Novoxahovski) dağıdıb. Yalnız piyada keçidləri qalıb. Rusiya ordusunun təchizatı kəsilib. Krım ərazisindən silah və şəxsi heyət gətirmək mümkün deyil. Ukrayna üçün bu, öz ərazilərini qaytarmaq üçün parlaq şansdır”, - deyə Kaxovka döyüş meydanındakı vəziyyəti şərh edib.
Nərgiz,
SİTAT.İNFO