İraqda etirazçılar Respublika Sarayına soxulublar

16:46 29 Avqust 2022

İraqın paytaxtı Bağdadda etirazçılar hökumətin toplaşdığı binaya soxulublar.

SİTAT.İNFO xəbər verir ki, iğtişaşlar şiə lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra başlayıb.

Onun tərəfdarları Respublika Sarayına soxulublar, burada polislə toqquşmalar olub.

Məlumata görə, hazırda paytaxtda komendant saatı elan olunub. /report



Xəbər xətti