Ukraynalı partizanlar FSB əməkdaşlarının əxlaqsızlıq yuvasını partlatdılar

10:38 30 Avqust 2022

Rus işğalçıları tərəfindən işğal olunan Zaporojye vilayətinin Melitopol şəhərində partizanlar “azadlıq məskəni” yaxınlığında Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını partladıblar.

SİTAT.İNFO xəbər verir ki, bazar ertəsi axşamı, avqustun 29-da Citadel otelinin yaxınlığında partizanlar FSB əməkdaşlarını partladıblar. Bu haqda "Ria-Melitopol" Telegram-da xəbər verir.

Məlumata görə, rus kəşfiyyatçıları adətən bu oteldə yüngül əxlaqlı qadınlarla əylənirdilər.

"Dünən gecə Melitopolda şəhərin cənub hissəsində iki güclü partlayış olub. Bu dəfə partizanlar əxlaqsızlıq yuvasını ləğv ediblər... Partlayış zamanı otelin yaxınlığında FSB-nin beşə yaxın maşını olub". hesabatda deyilir.

Səid,

SİTAT.İNFO

Mənbə- UNİAN 



Xəbər xətti