Ukrayna Xersonda əks-hücumda uğurlar qazanır- Britaniya kəşfiyyatı

12:05 30 Avqust 2022

Ukrayna Silahlı Qüvvələrinin Xerson bölgəsindəki ərazilərin azad edilməsində uğuru uzunmüddətli hücum əməliyyatları aparmaq bacarığından və müxtəlif hərbi birləşmələrdən yaradılan rus qoşunlarının necə təşkilatlanmasından asılı olacaq.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

"Avqustun 29-da Ukrayna Silahlı Qüvvələrinin bir neçə briqadası Ukraynanın cənubundakı cəbhə xəttinə artilleriya atəşinin intensivliyini artırıb. Ukraynanın uzaqmənzilli dəqiq zərbələri Rusiyanın silah-sursatını məhv etməkdə və gətirilən texnikanın yolunu kəsməkdədir. İndi Ukraynanın irəliləyişlərinin miqyasını proqnozlaşdırmaq mümkün deyil”, - hesabatda deyilir.

O da qeyd olunur ki, avqustun əvvəlində Rusiya Xerson yaxınlığındakı Dnepr çayının qərb sahilində qüvvələrini gücləndirmək üçün xeyli səy göstərib.

"Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 49-cu Ordusu, ehtimal ki, Şərq Hərbi Dairəsinin 35-ci birləşmiş silahlı ordusunun hissələri ilə tamamlanıb. Xerson yaxınlığındakı bölmələrin əksəriyyəti,  etibarsız təchizat kanallarından asılıdır" - kəşfiyyat deyir.

Eyni zamanda, bu iki ordunun inteqrasiyası  üçün Ukraynadakı Rusiya qüvvələri yenidən təşkil olunmalıdır. 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti