Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.
Tərəflər söhbət zamanı avqustun 31-i Brüsseldə Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyan arasında keçiriləcək görüş barədə fikir mübadiləsi aparıblar.
Şarl Mişel və Nikol Paşinyan danışıqların səmərəli keçəcəyinə ümid etdiklərini bildiriblər.
Xatırladaq ki, avqustun 30-da Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.