ABŞ administrasiyası İranın Rusiyaya pilotsuz uçuş aparatları tədarük etdiyini iddia edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Rusiya avqust ayında İrandan Mohajer-6 və Shahed seriyalı pilotsuz uçuş aparatlarını (PUA) alıb. Rusiya nəqliyyat təyyarələri İran aerodromunda PUA avadanlığı ilə yüklənib, daha sonra İrandan uçublar. Biz bunu görürük”, - Ağ Evin mətbuat katibi Karin Jan-Pier bildirib.