Pakistanda iyunun 14-dən bu yana yağan musson yağışları nəticəsində həlak olanların sayı artaraq 1162 nəfərə çatıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, güclü yağışların səbəb olduğu daşqınlar səbəbindən 3554 nəfər yaralanıb.
ABŞ rəhbərliyi hazırda təbii fəlakətlə mübarizə aparan Pakistana 30 milyon dollar əlavə yardım ayıracağını açıqlayıb.