İraqda təhlükəli gərginlik: Bağdadda Sədr üsyanı...

15:17 31 Avqust 2022


İraq ötən gün paytaxt Bağdadda baş verən qarşıdurmalardan sarsıldı. Ölkənin nüfuzlu simalarından biri, şiə din xadimi və siyasi lider Müqtəda əs-Sədr ötən bazar ertəsi siyasətdən tamamilə uzaqlaşacağını elan etdikdən sonra tərəfdarları Prezident sarayının və xarici missiya nümayəndələrinin yerləşdiyi Yaşıl Zonanı işğal etməyə cəhd etdi.

SİTAT.İNFO xəbər verir ki, toqquşmalar əsasən İraq təhlükəsizlik qüvvələri ilə Sədr hərəkatına bağlı Sülh Briqadaları qüvvələri və onlarla birlikdə hərəkət edən iranpərəst Haşd əş-Şaabi silahlı birləşmələri arasında baş verib. Ətrafdakı xəstəxanalardan verilən məlumata görə, ağır silahların, o cümlədən minaatanların istifadə edildiyi qarşıdurmalarda ölənlərin sayı 30-u, yaralıların sayı isə 800-ü keçib.

Bəzi ölkələr diplomatik nümayəndəliklərini bölgədən evakuasiya edərkən, bir çox aviaşirkət Bağdada uçuşları ləğv edib.

Türkiyə, Avropa Birliyi və BMT tərəfləri təmkinli olmağa və zorakılıqdan uzaq olmağa çağırsa da, Xarici İşlər Nazirliyi İraqa səyahət xəbərdarlığı edib.

İran administrasiyası İraqla bütün quru sərhədlərinin bağlandığını və Bağdada uçuşların ləğv edildiyini açıqlayıb. Bazar ertəsi axşam ümummilli komendant saatı elan edilib.
Dünən günorta saatlarında mətbuat konfransı keçirən Müqtəda əs-Sədr tərəfdarlarına “Evlərinizə gedin" çağırışı edib. Etirazlar dinc xarakter danışmadığınadan onların dayandırılmasını vacib sayan Sədr, “İraqlıların qanının axıdılması artıq qadağandır. İstəyirəm ki, hətta oturaq aksiyalar da bitsin”, - deyə  bildirib.

Sədr toqquşmalara görə İraq xalqından üzr istəyib və tərəfdarlarını bir saat ərzində evlərinə qayıtmağa çağırıb. Sədrin açıqlamaları təsirli olub. Qarşıdurmaların səngiməsindən sonra komendant saatı ləğv edilib.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti