Tayvan hava məkanını pozan Çin pilotsuz təyyarəsinə ilk dəfə xəbərdarlıq atəşi açıb.
SİTAT.İNFO xəbər verir ki. Tayvan mətbuatında yer alan xəbərlərdə, Tayvan Ordusunun Kinmen Müdafiə Komandanlığının (KDC) Çin mülki PUA- larının Dadan adası, Erdan adası və Şi adaları üzərində uçduğunu təsbit etdiyi və PUA-lara məşəl ataraq xəbərdarlıq etdiyi bildirilib.
Xəbərdə PUA-nın bütün xəbərdarlıqlara baxmayaraq ada üzərində uçuşunu davam etdirməsindən sonra əsgərlər tərəfindən həqiqi güllələrdən istifadə edilərək xəbərdarlıq atəşi açıldığı bildirilib. Tayvan ordusundan verilən açıqlamada xəbərdarlıq atəşinin açıldığı təsdiqlənib.
Çin işğalına qarşı hazırlıqlarını davam etdirən Tayvandan verilən son açıqlamalarda Çin döyüş gəmiləri və döyüş təyyarələrinin sərhədi pozacağı təqdirdə cavab verəcəkləri açıqlanıb.