Arzumanyan yenidən həbs edildi

11:34 1 Sentyabr 2022

Qarabağdakı separatçı-terrorçuların keçmiş “komandanı” general-leytenant Arzumanyan yenidən saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə vəkil Yerem Sərkisyan Feysbuk səhifəsində yazıb.

“Gözlənildiyi kimi, məhkəmə öz missiyasını yerinə yetirdi və Mikael Arzumanyanı həbs etdi. Tamaşa davam edir”, - o qeyd edib.

Qeyd edək ki, Arzumanyan iki gün öncə “Şuşanın müdafiəsindəki səhlənkarlığı” iddiası ilə Xankəndidən İrəvana qayıdarkən saxlanılmışdı. Ötən gün onun saxlanılma müddəti tamam olduğu üçün azadlığa buraxılmışdı.

 

 

 



Xəbər xətti