Tayvan hərbçiləri Szinmen arxipelaqı yaxınlığında mülki PUA vurublar.
Sitat.info xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 1-də naməlum mülki pilotsuz uçan aparatın Şiyu adasının qapalı akvatoriyasının üzərindən Tayvan hava məkanına daxil olduğu aşkar edilib”, - məlumatda qeyd olunub.
/Axar.az