Dünyanın smartfon bazarında xaos- 6.5 faizlik azalma gözlənilir

15:11 1 Sentyabr 2022

İstehlakçı tələbatını əhəmiyyətli dərəcədə azaldan inflyasiya, geosiyasi gərginlik və digər makroiqtisadi problemlər səbəbindən bu il qlobal smartfon tədarükünün 6,5 faiz azalacağı gözlənilir.

Musavat.com-un məlumatına görə ABŞ-ın International Data Corporation (IDC) araşdırma şirkəti açıqlama yayaraq bildirib ki, 2022-ci ildə smartfon tədarükü 6.5 faiz alaraq 1.27 milyard ədədə çatacaq.

Qeyd edilir ki, 2023-cü ildə problem aradan qalxacaq və 5.2 faizlik artım olacaq.

Araşdırma şirkəti bildirib ki, orta satış qiyməti hər il yüzdə 10 faiz artırdısa, indi 6.3 faiz artacaq.

 

 



Xəbər xətti