Kiyevin Xersondan sonra növbəti hədəfi... - ABŞ generalı

08:15 5 Sentyabr 2022

Xerson ruslardan azad edildikdən sonra HİMARS sistemlərini işğal altında olan Krım yaxınlığına yerləşdirmək lazımdır. Bu, rusların işini xeyli çətinləşdirəcək.

Sitat.info xəbər verir ki, bunu istefada olan amerikalı general-leytenant Ben Hoces deyib.

O bildirib ki, HİMARS yarımadaya yaxınlaşdırıldıqdan sonra bütün infrastruktura, o cümlədən Sevastopol limanına hər gün hücum etmək olar:

"Bu, həqiqətən də Rusiyanın Krımdan əməliyyatlar aparmasını çox çətinləşdirəcək. Qara dəniz donanması artıq yarımadanın arxasında gizlənir. Bu (Xersonun azad edilməsi) rusların işini çox çətinləşdirəcək. Artıq Krım çimərliklərində rus turistləri görməyəcəksiniz".

/Axar.az

 



Xəbər xətti