Mirzoyan Lavrovla görüşmək üçün Rusiyaya gedir

09:32 5 Sentyabr 2022

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya rəsmi səfərə gedir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in Mətbuat xidməti yayıb. 

Mirzoyan Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. 

Məlumata görə, tərəflər görüş zamanı regional təhlükəsizlik və sabitlik, eləcə də ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər.

 

 



Xəbər xətti