Rusiya xəstələri də zorla müharibəyə göndərir - Ukrayna

10:56 5 Sentyabr 2022

Rus hakimiyyəti Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində xəstələri və veteranları müharibəyə göndərir.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 194-cü günü başlayıb. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik davam edir. Donetskdə rus işğalçıları canlı qüvvə itkilərinin artırılması üçün “yeni mənbə” aşkar ediblər. Belə ki, bu yaxınlarda Rusiya ordusunun nümayəndələri şəhərdəki yerli xəstəxanalara gələrək xəstələri zorla müharibəyə aparıblar”, - məlumatda deyilib.

 

/Axar.az

 



Xəbər xətti