Kreml Rusiyanın Əfqanıstandakı səfirliyinin yanında törədilən partlayışı terror aktı adlandırıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, ölkəsinin Kabildəki səfirliyin yaxınlığında törədilən terror aktını qətiyyətlə pislədiyini söyləyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Federasiyasının Kabildəki səfirliyinin yaxınlığında kamikadze tərəfindən partlayış törədilib. Nəticədə səfirliyinin iki əməkdaşı həlak olub.