Kadırov Ukrayna savaşına görə vəzifədən gedir

09:00 6 Sentyabr 2022

Çeçenistan rəhbəri Ramzan Kadırov geri çəkilmək üçün yollar axtarır.

Sitat.info xəbər verir ki, bu barədə ukraynalı ekspert Oleq Jdanov deyib.

“Ya Kreml divarlarına daha da yaxınlaşacaq, ya da Rusiyadan xaricə qaçıb, öz dediyi kimi təqaüd vaxtını keçirəcək”, - deyə o bildirib.

Ekspert əmindir ki, Kadırovun mümkün istefa ilə bağlı açıqlaması Rusiyanın Ukraynadakı uğursuzluğu ilə əlaqəlidir.

Qeyd edək ki, Ramzan Kadırov Teleqram kanalındakı video-müraciətində “müddətsiz və uzun məzuniyyətə” hazırlaşdığını bildirmişdi. Onun Rusiyanın güc strukturlarında daha yüksək vəzifəyə gətiriləcəyi ilə bağlı iddialar da yayılmaqdadır.

 

/Axar.az



Xəbər xətti