Avropa iqtisadiyyatında böyük xaos yaşanır - Peskov

12:56 6 Sentyabr 2022

Hazırda Avropa ölkələrinin iqtisadiyyatında böyük xaos var.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz üst-üstə düşən iki böhranla qarşılaşdıq. COVİD-19 və Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların doğurduğu böhran. Əslində hər iki böhran rezonans doğurdu və indi biz Avropa ölkələrinin iqtisadiyyatında və dünya iqtisadi əlaqələrində böyük xaos görürük”, - o bildirib.

/Axar.az



Xəbər xətti