Rusiya Donbasdan olan əsirlərdən imtina edir

13:28 6 Sentyabr 2022

Rusiya Luqansk vilayətindən olan əsirləri dəyişdirmək istəmir, yalnız rus əsirlər dəyişdirilir.

Sitat.info xəbər verir ki, bunu Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

"Arvadları deyirlər ki, Rusiya Ukrayna əsarətində olan ərlərini dəyişdirmək istəmir. Yalnız əsir götürülmüş rusiyalılar dəyişdirilir. Donbasdan səfərbər olunanlar isə heç kimə lazım deyil”, - o bildirib.

/Axar.az

 



Xəbər xətti