“Şimal axını-2” layihəsi tamamilə dayandırıla bilər”.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri və vitse-kansler Robet Habek yerli ARD kanalına müsahibəsində bildirib.
“Bu variant da baş verə bilər. Bizim daha öncə tətbiq etdiklərimiz sözün dar və sərt mənasında sanksiyalar sayılmır. Biz öz fəaliyyətimizi həm avropalı, həm də amerikalı tərəfdaşlarımıza uyğunlaşdırırıq”,-deyə alman nazir söyləyib.
Robert Hayek “Şimal axını-2” qaz kəmərinin sertifikasiyasının gələcək prosedurları haqqında danışıb. Belə ki, bundan sonra layihənin nizamlayıcı şirkəti qarşıdan gələn aylar ərzində “ŞA-2” ətrafındakı situasiya haqqında ayrıca hesabat verməlidir. Habek Avropadakı təlhükəsizliklə bağlı vəziyyətin dəyişdiyini, buna görə də hesabatın yenidən tərtib olunması gərəkdiyini qeyd edib.
“Bu, klassik mənada sanksiya sayılmır, sadəcə hüquqi aktdır”,-deyə o, vurğulayıb.
Bununla bərabər Almaniya rəsmisi “Şimal axını-2”nin nə vaxtsa işə düşəcəyini istisna etməyib.
“Hər bir halda bu, Ukraynadakı silahlı qarşıdurmadan asılı olacaq”,-deyə o bildirib.