ABŞ Prezidenti Co Baydenin işlətdiyi “işğal” sözü hazırda Ukraynada baş verənləri təsvir etmək üçün uyğun deyil.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bunu Fransanın maliyyə naziri Bruno Le Mer bildirib.
“Sözlərinizi ölçüb-biçmək lazımdır. İşğal – işğaldır. Və mən hesab edirəm ki, bu, Ukraynadakı vəziyyət üçün düzgün söz deyil. Biz görəcəyik ki, Prezident Putin növbəti saatlarda, günlərdə və ya həftələrdə hansı addımları atacaq. Amma indi baş verənlər Ukraynanın ərazi bütövlüyünə qəsd etmək və beynəlxalq razılaşmaları şübhə altına almaq cəhdidir”, - nazir BFMTV kanalının efirində deyib.
Bundan əvvəl Bayden demişdi ki, Rusiya son hərəkətləri ilə Ukraynaya işğala başlayıb.