“Ermənistanın Türkiyə ilə sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması kimi gözləntilərinin olduğunu bilirik. Əgər Ermənistan hazırda xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qərarlı olarsa, bizim üçün də qapıların bağlı qalması söhbət mövzusu olmaz”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətləri ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi bir-birini dəstəkləyərək irəliləyə bilər: “Hər kəs bu tarixi imkanı dəyərləndirmək üçün konstruktiv davranmalıdır”.