Maliyyə Nazirliyi yeni proqram təminatının tətbiqinə hazırlaşır

18:00 23 Fevral 2022

Azərbaycanda ötən il dövlət və icmal büdcələrinin layihələrinin tərtibinin avtomatlaşdırılması istiqamətində işlərin davam etdirilib, Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) qurulması üçün nazirliyin iştirakı ilə icraçı təşkilatlar proqram təminatı hazırlayıb və artıq sınaqlardan keçirilib.

Report Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir müavini Azər Bayramov qurumda keçirilmiş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, proqram təminatının tətbiqi dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda növbəti il və sonrakı üç il üçün büdcə layihələrinin tərtibi prosesini avtomatlaşdırmaqla nazirliyə daxil olan məlumatların və hesablamaların emalını sürətləndirəcək.



Xəbər xətti