Çin ABŞ-ı ittiham etdi: Gərginliyi artırma, çaxnaşma yaratma...

19:38 23 Fevral 2022

Çin,  Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarını verən və Ukraynaya müdafiə silahları ilə dəstək verəcəyini açıqlayan ABŞ-ı “gərginliyi artırmaqda” və “çaxnaşma yaratmaqda” ittiham edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying deyib ki, əgər kimsə başqalarını günahlandırarkən odun üstünə benzin tökürsə, bu, məsuliyyətli və etik davranış deyil dedi.

Pekin də Rusiyaya qarşı sanksiyaların əleyhinədir. "Sanksiyalar heç vaxt problemlərin həllində effektiv vasitə olmayıb”, deyə - Chunying  bildirib.

O, bütün tərəfləri bir-birlərinin təhlükəsizlik məsələlərinə həssas olmağa çağırdıqlarını bildirib. ABŞ, Böyük Britaniya və Avropa Birliyi ilə yanaşı, Yaponiya və Avstraliya da Rusiyaya qarşı sanksiyalar elan ediblər.

Ağ Ev vurğulayır ki, Ukraynaya tədarük edilən silahlar sırf müdafiə məqsədləri üçün olacaq.



Xəbər xətti