Ukraynanın xarici işlər naziri Dmitri Kuleba BMT Baş Assambleyasındakı çıxışında həyəcanlı fikirlər səsləndirib.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Kuleba Putini dayandırmağın vacib olduğunu deyib: “Putin dayanmır. Biz Rusiyanı dayandırmalıyıq. Ukraynanın iki bölgəsi Rusiya tərəfindən qanunsuz olaraq tanınıb. İrimiqyaslı münaqişələr qlobal təhlükəsizliyi təhdid edəcək".
Kuleba deyib ki, Rusiya təcavüzkar hərəkətlərinə haqq qazandırmaq üçün əlindən gələni edir: " Biz siyasi və diplomatik kompromislərə arxalanırıq. Biz görürük ki, Rusiya işğalçı qüvvələrinin Ukrayna bölgələrini bombalaması halları artıb. Donbasda təhlükəsizliklə bağlı vəziyyət illərdir pisdir. Rusiyanın Qara dənizdə 48 gəmisi var. Ukrayna təkcə milli təhlükəsizliyi deyil, həm də beynəlxalq hüququn əsas prinsiplərini qoruyur. Biz heç vaxt Rusiyanın bu şüarını qəbul etməyəcəyik. Rusiya Krım hadisəsinin bitdiyini düşünür, bu doğru deyil. Krım tatarlarının vəziyyətini izləyirik. Minlərlə insan Krımı tərk etməli oldu. Rusiya ukraynalıların kimliyini məhv etməyə çalışır. Biz bütün ölkələrdən proporsional dəstək gözləyirik.