Rusiya ilə Ukrayna arasında böhran davam edərkən, Ukrayna Parlamentinin Radası da daxil olmaqla bir çox dövlət qurumlarının internet saytlarına kiberhücumların edildiyi açıqlanıb.
SİTAT.İNFO xəbər verir ki, Ukraynanın Rəqəmsal Transformasiya Naziri Mixaylo Fedorov sosial media hesabında verdiyi açıqlamada ciddi bir hücumdan bəhs edib: "Səhər saat 16.00 radələrində dövlətimizə qarşı daha bir böyük DDoS hücumu başladı. Bir neçə bankın və Radanın (Ukrayna) internet saytlarına daxil olmaqda problem var.
Fedorov ukraynalı İT mütəxəssislərinin kiberhücumlara önləməl üçün çalışdığını və bəzi internet saytlarında giriş probleminin aradan qaldırıldığını bildirib.
Digər tərəfdən, ötən həftə Rusiyanın, Ukraynadakı bəzi bankların və Ukrayna Müdafiə Nazirliyinin internet saytlarına kiberhücumlar etdiyi açıqlanıb.