Ukrayna Prezidenti Vladimir Zelıenski Rusiya Prezidenti Vladfimir Putinin Ukraynanı məhv etmək istədiyini deyib.
APA xəbər verir ki, o bu barədə Facebook səhifəsində yazıb.
“Məlumatı rəsmi mənbələrdən almaq vacibdir. Rusiya bu gün Ukraynaya müdaxiləyə başlayıb. Putin Ukrayna ilə, bütün demokratik dünya ilə müharibəyə başlayıb. O, dövlətimizi məhv etmək istəyir”.
O, Ukrayna xalqına müraciət edərək Orduya dəstək verməyə və panikaya qapılmamağa çağırış edib.