Mülki əhali təhlükə altında! Ukraynada şəhərlər bombalanır: Rusiya isə təkzib edir...

12:08 24 Fevral 2022

Hazırda Rusiya-Ukrayna müharibəsinin getdiyi bir vaxtda bütün dünyanı Ukraynanın hücuma məruz qalan  şəhərlərindəki sadə vətəndaşlarınm, qadınlar, uşaqlar, yaşlıların taleyi narahat edir.

SİTAT.İNFO xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi isə açıqlama yayaraq,  Ukraynaya hücumda şəhərlərin hədəfə alınmadığını və mülki əhalinin təhdid altında olmadığını iddia edib.

Bununla belə, hətta Ukraynanın qərbindəki şəhərlərdə də partlayış səsləri eşidilir və beynəlxalq xəbər agentliklərinin çəkdiyi fotoşəkillərdə bombardman nəticəsində həyatını itirən mülki vətəndaşlar aydın görünür.

Frans-Press xəbər agentliyi Ukraynanın paytaxtı Kiyevin mərkəzinə düşən raketin fotosunu dünyaya təqdim edib.

 



Xəbər xətti