Ukraynanın 6 şəhəri bombalandı: İlkin itkilər 8 ölü, 9 yaralı

12:20 24 Fevral 2022

Ukraynanın 6 bölgəsindən partlayış səsləri eşidilib. Əhali paytaxt Kiyevi sürətlə tərk edir. 

SİTAT.İNFO xarici mediaya istinadla xəbər verir ki, partlayış xəbərləri paytaxt Kiyev də daxil olmaqla Ukraynanın ümumilikdə 6 şəhərindən gəlib.

Rusiyanın Ukraynada təşkil etdiyi hərbi əməliyyatdan sonra ölkənin bir çox yerindən partlayış xəbərləri gəlir. İndiyə qədər partlayış xəbərləri olan bölgələr aşağıdakı cədvəldəki kimidir.

 

 Beynəlxalq xəbər agentlikləri xüsusilə Xarkovu hədəf alan hava hücumunun fotolarını paylaşır. Fotolarda ən azı bir nəfərin öldüyü görünür. 

Ukrayna Rusiyanın bombardmanı nəticəsində ən azı 8 nəfərin həyatını itirdiyini, 9 nəfərin yaralandığını açıqladı.

Ukrayna ordusu rus işğalçılarının Çerniqov, Xarkov və Luqanskdan sərhədi keçdiyini açıqladı. Sosial şəbəkələrdə Ukraynanın qərbində və Rusiya sərhədindən 530 kilometr aralıda yerləşən Vinnitsa şəhərində hərbi hissənin yandırılmasını əks etdirən video yayılıb.

SİTAT.İNFO



Xəbər xətti