ABŞ-ın bölgədəki hərbi bazalarında hərəkətlənmə var: Ağ Ev müdaxilə edəcəkmi?

13:41 24 Fevral 2022

Rusiya-Ukrayna müharibəsində ABŞ və NATO-nun bölgədəki münaqişədə iştirak edib-etməyəcəyi maraq doğurur. Bu gün isə çox ciddi hərkətlilik müşahidə olunur. ABŞ-ın Polşadakı hərbi bazasında böyük fəallıq var. Hərbi müdaxilədən sonra başlayan proses kameralara düşüb.

SİTAT.İNFO xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində toqquşmalar və bombardmanlar hər keçən dəqiqə artır. Rusiya Ukraynanın bütün strateji bazalarını vurduğu halda, Ukrayna bütün gücü ilə quruda sərt cavab verir. Rusiya mümkün müdaxiləyə tərəddüd etmədən cavab verəcəyini bəyan edərkən, Ukrayna bu sahədə NATO və Avropanın dəstəyini tələb edir. Bu məqamda ABŞ-ın müharibədə iştirak edib-etməyəcəyi böyük maraq doğururdu. ABŞ-ın Polşadakı bazasından son görüntülər gəlib.  ABŞ-ın Polşanın Rzeşov şəhərində yaratdığı hərbi bazada aktivlik müşahidə olunur.



Xəbər xətti