Zelenski əhalini silahlanmağa və QAN verməyə ÇAĞIRDI

14:04 24 Fevral 2022

Zelenski Ukrayna xalqına bir daha çağırış edib.

SİTAT.İNFO xəbər verir ki, Zelenski ölkəsinə  şimaldan və cənubdan hücum edildiyini deyib: "Silah paylayırıq, hər bir vətəndaşa silah veriləcək. Hərbi təcrübəsi olan hər kəs gedib lazımi polis bölmələrinə xəbər verməlidir. Orada qeydiyyatdan keçməlidir. Biz veteranları çağırırıq. Zəhmət olmasa lazımi tədbir görəsiniz".

Zelenski yaralı əsgərlərin olduğunu deyərək əhalini qan verməyə çağırıb: "Zəhmət olmasa qan verin. Bundan əlavə, bu çətin şəraitdə hər bir şirkət, hər bir iş adamı gələcəyimizin müəyyənləşməsində indi öz rolunu oynayır. Xahiş edirəm cəmiyyət üçün çalışın. Hər bir işçi bizə xidmət göstərməyə davam etməlidir. Bizi dəstəklədikləri üçün siyasətçilərimizə minnətdaram. Biz hamımız böyük bir ölkənin vətəndaşlarıyıq. Şəhərlərinizi müdafiə etməyə hazır olun. Ölkəni qorumaq üçün, Ukraynadakı hər kəs üçün sanksiyaları və cəzaları ləğv edəcəyik".



Xəbər xətti