Çin tərəfinin fikrincə, Rusiya müstəqil ölkədir və maraqlarından çıxış edən strategiyanı müəyyən edə bilər.
APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunyin açıqlama verib.
O, Putinin Ukrayna ilə bağlı əsaslı narahatlıqlarının nəzərə alınmalı olduğunu qeyd edərək ABŞ-ın Ukraynaya silah satdığını xatırladıb.