Ukraynadan dəhşətli xəbərlər - Kiyev atəş altında

15:26 24 Fevral 2022

Ukrayna ordusu Rusiyanın daha iki təyyarəsini vurub. İndiyə qədər işğalçı Rusiyanın 7 qırıcısının vurduğu haqda rəsmi açıqlama yayılıb. Sosial şəbəkələrdə daha bir Rusiya qırıcısının vurulmasının görüntüsü yayılıb.

Az əvvəl Rusiya ordusu Kiyev ətrafındakı Brovar rayonuna qanadlı raketlərlə zərbələr endirib. Bildirilir ki, hədəf Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələr Komandanlığı olub. “Bizim məlumatlarımıza görə bazanın ərazisində bir güclü partlayış baş verib, itki hazırda yoxdur, amma məlumat dəqiqləşdirilir”,- Ukrayna prezidenti Ofisinin müşaviri Aleksey Arestoviç bildirib.



Xəbər xətti